UEFA Konfrans Liqası:  “Çelsi” və “Real Betis” finala çıxdı
09 may 2025 02:00 (UTC +04:00)

UEFA Konfrans Liqası: “Çelsi” və “Real Betis” finala çıxdı

UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

Lent.az xəbər verir ki, “Betis” səfərdə “Fiorentina”nın qonağı olub. Qalibin adına əlavə vaxtda aydınlıq gəlib. “Betis”in ilk oyunda 2:1 qalib gəldiyi oyunun cavab matçında 90 dəqiqə “Fiorentina”nın eyni hesablı qələbəsi ilə başa çatıb. 30 dəqiqəlik əlavə vaxtda 1 qol vuran “Betis” finala çıxıb. 

“Çelsi” isə səfərdə 4:1 hesabı ilə məğlub etdiyi “Yurqorden”lə evdə üz-üzə gəlib. London təmsilçisi 1:0 qalib gələrək, adını finala yazdırıb. 

UEFA Konfrans Liqası

Yarımfinal mərhələsi, cavab görüşləri

8 may

Fiorentina” (İtaliya) - “Betis (İspaniya) 2:2

İlk oyun - 1:2.

“Çelsi” (İngiltərə) - “Yurqorden” (İsveç) 1:0

İlk oyun - 4:1.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 200

Oxşar yazılar