Bakıda 5 marşrutun hərəkət  sxemi  dəyişdirilir
08 may 2025 18:49 (UTC +04:00)

Bakıda 5 marşrutun hərəkət sxemi dəyişdirilir

Bakının Əhməd Rəcəbli küçəsində, Uluqbəy küçəsi ilə kəsişməsindən Fətəli xan Xoyski küçəsinə qədər nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətlə əlaqədar sabahda 2, 9, 11, 24 və 211 saylı marşrutların hərəkət sxemi dəyişdiriləcək.

Bu barədə Lent.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, 2 saylı marşrut Əhməd Rəcəbli, Uluqbəy və Ağa Nemətulla küçələri ilə hərəkət edəcək.

9 saylı marşrutun hərəkəti Əhməd Rəcəbli, Uluqbəy və Ağa Nemətulla (son dayanacaq) küçələri ilə təşkil olunacaq.

11 saylı marşrut Əhməd Rəcəbli, Uluqbəy, Ağa Nemətulla və Təbriz küçələri ilə hərəkət edəcək.

24 saylı marşrutun hərəkəti Əhməd Rəcəbli, Uluqbəy, Ağa Nemətulla və Təbriz (son dayanacaq) küçələri ilə təşkil olunacaq.

211 saylı marşrutun “ASAN xidmət” istiqamətində hərəkəti Fətəli xan Xoyski, Ağa Nemətulla, Uluqbəy və Əhməd Rəcəbli küçələri ilə təşkil ediləcək. Əks istiqamətdə isə avtobusların hərəkəti Zaur Nudirəliyev, Ərdəbil, Azad Hümbətov, Aşıq Molla Cümə, Fətəli xan Xoyski küçələri, daha sonra öz hərəkət sxemi üzrə təmin olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 450

Oxşar yazılar