Keçmiş sevgilisinin evində hamama  girdi, sonrası QORXUNC
08 may 2025 16:46 (UTC +04:00)

Keçmiş sevgilisinin evində hamama girdi, sonrası QORXUNC

Türkiyədə keçmiş sevgilisinin evinə gedən kişi şantaj olunub.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə İstanbulun Fatih adlanan ərazisində qeydə alınıb.

33 yaşlı Əminə U. keçmiş sevgilisi 37 yaşlı Seyhan K.-nı evə çağırıb. Evə gələndə Seyhanı Əminə və onun rəfiqəsi 23 yaşlı Xədicə Y. qarşılayıb. Bir müddət sonra hamama girən Seyhan oradan çıxandan sonra qarşısında 21 yaşlı Bünyamin Y. və 25 yaşlı Yusif Ö.-ni görərək, çaş-baş qalıb. Bu zaman Yusif əlindəki telefonla Seyhanı çəkib, Bünyamin isə onu döyüb. Qadınlar isə dərhal evdən qaçıblar.

Cinayətkarlar Seyhandan 400 min lirə pul istəyiblər, əks halda isə görüntüləri ailə üzvlərinə göstərəcəkləri barədə onu şantaj ediblər. Dostlarından 150 min ala bilən Seyhan pulu Yusifin hesabına ödətdirib. Yusif və Bünyamin isə qalan 250 mini də gətirməsə, çəkdikləri videonu Seyhanın ailəsinə verəcəklərini deyərək qaçıblar.

Xilas olan Seyhan K. dərhal polisə üz tutub. Polisin əməliyyatı zamanı cinayətkarların 4-də saxlanılıb. Onların barəsində bir neçə maddə ilə cinayət işi açılıb və prokuror təqsirləndirilən şəxslərə 23 il həbs cəzası istəyib.

Məhkəmə istintaqı davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 654

Oxşar yazılar