Marketdə çalışan qadın  iş yerində öldü
08 may 2025 22:40 (UTC +04:00)

Marketdə çalışan qadın iş yerində öldü

Sumqayıtda marketdə çalışan qadın iş yerində ölüb.

APA xəbər verir ki, hadisə şəhərin Azərbaycan prospektində yerləşən marketlərin birində qeydə alınıb.

1978-ci il təvəllüdlü Vüsalə Məmişovanın iş zamanı qəfildən halı pisləşib. O hadisə yerindəcə keçinib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 560

Oxşar yazılar