Kartlarda çox pul saxlamayaq təhlükəlidir? – Dələduzlar belə edir
08 may 2025 16:32 (UTC +04:00)

Kartlarda çox pul saxlamayaq təhlükəlidir? – Dələduzlar belə edir

Son vaxtlar bank kartından pul oğurlanması xəbərləri ilə demək olar ki, hər gün qarşılaşırıq. Sosial şəbəkələrdə, xəbərlərdə və ya tanış çevrəmizdə bu tip halların sayı durmadan artır. Kiminsə kartından xəbərsiz pul çıxarılıb, kimsə guya “bank işçisi” ilə danışarkən kart məlumatlarını verib və aldadılıb. 

Daxili İşlər Nazirliyinin məlumatlarına görə, hər həftə ölkədə 100-150 min və daha çox məbləğ məhz bu yolla ələ keçirilir.

Maarifləndirmə tədbirlərinə baxmayaraq, dələduzlar hər dəfə fərqli yollara əl atırlar. Kimisi səsini, kimisi nömrəsini dəyişir, insanları emosional yollarla vurmağa çalışırlar. 

Növbəti qurban biz olmamaq üçün nə etməli? Kartlarda külli miqdarda pul saxlamayaq, yoxsa daha ehtiyatlı olaq?

Lent.az-ın xəbərinə görə kiberdələduzluqla bağlı Daxili İşlər Nazirliyindən mütəmadi olaraq bildirilir ki, kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu kimi  məxfi məlumatları heç kimə, hətta özünü ”bank işçisi” kimi təqdim edən şəxslərə belə, vermək olmaz:

“Vətəndaşlar şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşsınlar. Qəti formada şəxsi bank məlumatlarını ikinci şəxsə ötürmək olmaz”.

IT mütəxəssisləri isə hesab edir ki, iki faktorlu autentifikasiyanı aktiv edərək bu kimi hallardan qorunmaq olar:

Onlayn bankçılıq və alış-veriş sistemlərində iki mərhələli yoxlama (məsələn, SMS və ya mobil tətbiq təsdiqi) istifadə etmək təhlükəsizliyi artırır.

Etibarlı onlayn platformalardan alış-veriş etmək tövsiyyə olunur:

HTTPS ilə başlayan təhlükəsiz saytlar və tanınmış platformalar daha etibarlıdır. Naməlum və şübhəli saytlardan uzaq durmaq lazımdır. Bundan əlavə əgər tez-tez onlayn alış-veriş etmirsinizsə, kartınızın internet üzərindən istifadəsini bağlaya bilərsiniz və yalnız ehtiyac olduqda açıb yenidən bağlamaq mümkündür.

Dələduzlar hər cür yeniliyi tətbiq etdiklərindən, yalnız şəxsi Wi-Fi-dan istifadə tövsiyyə olunur:

Xüsusilə onlayn bank əməliyyatlarını ictimai Wi-Fi vasitəsilə etməmək tövsiyə olunur, çünki bu şəbəkələrdə məlumatlarınız ələ keçirilə bilər.

Düşünməyin ki, sizin kartdakı kiçik məbləğlər kiməsə gərək deyil, növbəti qurban siz ola bilərsiniz.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 582

Oxşar yazılar