Bakıda bu yolda EHTİYATLI OLUN  - Sürücüləri gözləyən "SÜRPRİZ" - VİDEO
08 may 2025 15:51 (UTC +04:00)

Bakıda bu yolda EHTİYATLI OLUN - Sürücüləri gözləyən "SÜRPRİZ" - VİDEO

Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində “Azpetrol”un qarşısında avtomobillərin hərəkəti üçün ciddi təhlükə var. Yolun hərəkət hissəsindəki dəmir barmaqlıqların bir neçəsi yerindən çıxıb və kanalizasiya quyularının ağzı açıq qalıb. Bu səbəbdən də avtomobillərin ehtiyatsızlıqdan həmin çuxurlara düşmə təhlükəsi böyükdür. Bu barədə sosial şəbəkədə də video yayılıb.

Lent.az sözügedən videogörüntülərlə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət edib.

Agentlikdən bildirilib ki, problemdən xəbərdardılar. Qeyd olunub ki, barmaqlıqlar gün ərzində bərpa olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 460

Oxşar yazılar