"Napoli"nin baş məşqçisi klubu tərk edir
08 may 2025 15:23 (UTC +04:00)

"Napoli"nin baş məşqçisi klubu tərk edir

"Napoli"nin baş məşqçisi Antonio Konte mövsümün sonunda klubu tərk edə bilər.

Lent.az xəbər verir ki, Konte klubun transfer siyasətindən narazıdır. Qeyd olunur ki, italiyalı mütəxəssislə Turinin "Yuventus" klubu maraqlanır. Konte artıq 2011-2014-cü illərdə qara-ağlar üçün çalışıb.

Qeyd olunur ki, onu Neapolitan klubunda “Yuventus”un baş məşqçisi Massimiliano Alleqri əvəz edə bilər.

Xatırladaq ki, 35 turdan sonra "Yuventus" A Seriyasının turnir cədvəlində 5-ci yerdədir. "Napoli" eyni sayda oyundan sonra İtaliya çempionatının lideridir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 300

Oxşar yazılar