Lukaşenko hakimiyyətdə çox uzun müddət qaldığını  etiraf etdi
08 may 2025 19:06 (UTC +04:00)

Lukaşenko hakimiyyətdə çox uzun müddət qaldığını etiraf etdi

Belarus prezidenti yeni nəsillə yanaşı təcrübəli menecerlərə ehtiyac olduğunu bəyan edərək, uzun müddət hakimiyyətdə olmasını tənqid etməməyə çağırıb.

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, Aleksandr Lukaşenko deyib ki, o, artıq hakimiyyətdə "bir az çox qalıb", lakin vətəndaşları bir az daha "səbirli olmağa" çağırıb. O, bunu Minskdə Beynəlxalq sərgi mərkəzinin açılışında çıxışı zamanı deyib.

"Sizə söz verdiyim kimi - hakimiyyətə yeni nəsil gətirildi. Yaxşı, bir az gecikmişəm, amma səbr edin. Təcrübəli adamlar olmalıdır. Bizdə var. Amma gənclər gəlib. Baxın, nəticə çıxarın ki, bizim gənclər nəyə qadirdirlər. Necədirlər? Yeni nəsil, gələcək nəsil - 50 və daha yuxarı. Artıq o qədər də gənc deyillər", - Lukaşenko əlavə edib.

Siyasətçi, ölkəni "özləri üçün deyil, uşaqlar üçün də"qorumaq istəyən insanların qarşısında durduğuna əmin olduğunu bildirib.

Təhlükəsizlik mövzusuna toxunan Lukaşenko vurğulayıb ki, “yaxınlıqda müharibə” olmasına baxmayaraq, Belarus “sakit və dinc” olaraq qalır


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 354

Oxşar yazılar