UEFA-nın mətbuat xidməti Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına iki namizədin adını açıqlayıb.
Lent.az xəbər verir ki, ən yaxşı oyunçu adına iddialılar PSJ-nin müdafiəçisi Əşrəf Hakimi və “İnter”in qapıçısı Yann Sommer olub. İtaliya klubunun qapıçısı Çempionlar Liqasının yarımfinalında "Barselona" ilə cavab oyununda (4:3) fenomenal seyvlərinə görə ən yaxşı oyunçu seçilib. Paris klubunun mərakeşli müdafiəçisi London “Arsenal”ı ilə cavab oyununda (2:1) qələbə qolunu vurub.
Xatırladaq ki, PSJ və "İnter" Çempionlar Liqasının finalına yüksəlib. Görüş mayın 31-də Almaniyanın “Arena Münhen” stadionunda baş tutacaq.