Yaz aylarında tez-tez baş ağrılarının  SƏBƏBLƏRİ
07 may 2025 11:58 (UTC +04:00)

Yaz aylarında tez-tez baş ağrılarının SƏBƏBLƏRİ

Ümumi praktika üzrə həkim, terapevt Poonam Krishan yazda insanların daha tez-tez baş ağrısı yaşadığını düşünür.

Lent.az xarici mediaya istinadla bildirir ki, o, bu səbəbləri "Instagram"da açıqlayıb.

Həkimin bildirdiyinə görə, ilk mümkün səbəb - tozcuğa qarşı allergiyadır. Onun sözlərinə görə, qıcıqlandırıcıya cavab olaraq orqanizm histamin adlı maddə ifraz edir. Terapevt izah edir ki, bu maddə təkcə asqırma və gözlərdə qaşınma deyil, həm də burun ciblərində iltihaba səbəb olur ki, bu da şiddətli baş ağrısına yol açır.

İkinci səbəb kimi Krishan atmosfer təzyiqinin dəyişkənliyini qeyd edib. O bildirib ki, hava şəraiti damarlara təsir edir - damarların genişlənməsi və daralması isə baş ağrısını yaradır.

Həkimin sözlərinə görə, ən yayılmış səbəb isə susuzluqdur. O vurğulayıb ki, insan güclü narahatlıq hiss etməsə belə, bədəni su çatışmazlığından əziyyət çəkə bilər.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 580

Oxşar yazılar