Mobil telefon beyinə  necə təsir edir? - TƏFƏRRÜATLAR
05 may 2025 17:05 (UTC +04:00)

Mobil telefon beyinə necə təsir edir? - TƏFƏRRÜATLAR

Smartfonlardan istifadə artıq gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Lakin bir çox insanlar bu cihazların sağlamlıq üçün potensial təhlükələri barədə düşünmür.

Lent.az smartfonun beyinə necə təsir göstərdiyini təqdim edir.

Smartfonlar beynə necə təsir edir və niyə onları gecə başınızın yanında saxlamaq olmaz?

Mobil telefonlar müasir həyatın əvəzolunmaz hissəsidir. Amma onlar xüsusilə yatarkən başımızın yanında saxladıqda potensial olaraq zərərli ola bilərlər. Onun sözlərinə görə, istənilən elektromaqnit şüalanma orqanizmə müəyyən dərəcədə təsir edir. Lakin bu təsiri azaltmağın yalnız iki yolu var – məsafəni artırmaq və təmas müddətini azaltmaq.

“Siz telefonunuzu yastığın altına və ya başınızın yanına qoyduqda, o daim şüalanma yayır – hətta sadəcə mobil şəbəkə axtararkən belə. Bu, beynin bioelektrik aktivliyində dəyişikliklərə səbəb ola bilər, bəzən isə hətta qıcolmalara gətirib çıxarır". Şkiryak telefonu yatarkən özünüzdən maksimum uzaqda saxlamağı, ideal olaraq isə gecə tamamilə söndürməyi tövsiyə edir. Əgər siz növbətçi neyrocərrah deyilsinizsə, axşam telefonu söndürüb, səhər yenidən yandırmaq daha doğrudur.

Xatırlatma

Smartfonlardan və şarj cihazlarından yanlış istifadə, cihazın qızmasına, batareyanın partlamasına və ya yanğına səbəb ola bilər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 500

Oxşar yazılar