Meymunçiçəyi virusu əşyalar vasitəsilə  ÖTÜRÜLÜRMÜ?
24 avqust 2022 09:11 (UTC +04:00)

Meymunçiçəyi virusu əşyalar vasitəsilə ÖTÜRÜLÜRMÜ?

Meymunçiçəyinə yoluxmuş şəxsin toxunduğu əşyalarda virusun hissəcikləri qala bilər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Yuta ştatında iki nəfərin yaşadığı bir evdə olan əşyalar hərtərəfli təmizləndikdən sonra belə bir ehtimalın olduğu təsdiq olunub.

Həmin evdə başqa insanlar yaşasa da, heç kimdə meymunçiçəyi xəstəliyinin əlamətləri aşkarlanmayıb.

Hər iki xəstə meymunçiçəyini nisbətən yüngül əlamətlərlə keçiriblərmiş. Xəstə A.da 30 gün, B. xəstəsində isə təxminən 22 gün ərzində əlamətlər olub.

Hər iki xəstə simptomatik olaraq qalarkən, tədqiqatçılar evin doqquz fərqli sahəsindən 30 ev əşyasını yoxlayıblar.

Ümumilikdə, 30 nümunədən 21-nin testi müsbət çıxıb. Məsaməli olmayan əşyalardan alınan 25 nümunədən 17-də virusun izləri aşkar edilib. Sobanın sapından götürülmüş yalnız bir nümunə mənfi nəticə verib.

Virus aşkar edilsə də, onun “canlı” olmaması o deməkdir ki, səthlərlə qarşılıqlı əlaqədə olan digər insanların virusa yoluxma riski olmaya bilər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2049
avatar

Fidan İlqar

Oxşar yazılar