Koronavirusun yaranması ilə bağlı  YENİ VERSİYA
27 mart 2021 09:45 (UTC +04:00)

Koronavirusun yaranması ilə bağlı YENİ VERSİYA

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin keçmiş direktoru Robert Redfild yeni koronavirus infeksiyasının yaranma mənşəyinin yeni versiyasını irəli sürüb.

Lent.az xarici mediaya istinadla bildirir ki, o, bununla bağlı CNN televiziyasında açıqlama verib. 

Beləliklə, virusun Çinin Uhan şəhərinin laboratoriyasında ortaya çıxdığı məlum olub. Bunu mütəxəssis adıçəkilən kanala açıqlamasında iddia edib. 

Robertin sözlərinə görə, Çin laboratoriyası həqiqətən patogenin mənbəyi ola bilər. Ehtimal edilir ki, virus həmin laboratoriyadan yayılıb.

O, virusun məlum olan tarixdən tez yayılmağa başlaya biləcəyini də qeyd edib.

Lakin bu versiya Dünya Səhiyyə Təşkilatının açıqlamalarına ziddir. Xatırladaq ki, mütəxəssislər əvvəllər bu laboratoriyanı yoxlamışdılar.

Xatırladaq ki, ÜST missiyasının tədqiqatçısı, Uhanda işləyən Piter Ben Embarek, virusun laborator mənşəli versiyasının, ümumiyyətlə, inandırıcı olmadığını söyləyirdi.

Virusun insanlara keçməsinin virusun ilkin mənbəyindən baş verdiyi düşünülür. Bu vəziyyətdə söhbət bir heyvan haqqında danışa bilərik.


 

# 6612
avatar

Oxşar yazılar