Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 16 yeni yoluxma faktı qeydə alınıb, 18 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 826 924 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 816 422 nəfər müalicə olunaraq sağalıb, 10 023 nəfər vəfat edib, aktiv xəstə sayı 479 nəfərdir.
Ölkədə son sutka ərzində 1 061, hazırkı dövrədək isə 7 445 292 test aparılıb.