Bakıda 67 yaşlı qadın faciəli şəkildə həyatını itirib.
Lent.az APA-ya istinadən xəbər verir ki, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində fərdi yaşayış evinin hamam otağında Nazıra Hacıyeva dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.