Kişilərdə süd vəziləri niyə böyüyür? - SƏBƏB
11 yanvar 2023 20:15 (UTC +04:00)

Kişilərdə süd vəziləri niyə böyüyür? - SƏBƏB

Kişilərdə döşlərin böyüməsi olaraq bilinən jinekomastiya geniş yayılmış bir xəstəlikdir. Bu xəstəlik kişilərin yarısından çoxunda rast gəlinir. Bəs, onun əsas yaranma səbəbi nədir?

Lent.az  Türkiyə mətbuatına istinadən xəbər verir ki, cərrahi həkim Fikrət İrkin xəstəliyin simptomları və yaranma səbəbləri haqqında danışıb.   

Onun sözlərinə görə, jinekomastiya cinsi hormonlardakı balans pozulması nəticəsində yaranır. Bunlarla yanaşı, bu proses kişilərin qəbul etdikləri dərmanların yan təsirləri nəticəsində də baş verə bilər. Böyümə hər iki döşdə, ya da birində gedə bilər.

Fikrət İrkin bunun ciddi bir sağlamlıq problemi olmadığını, bəzi hallarda fərqli xəstəliklə özünü göstərə biləcəyini qeyd edib:

“Jinekomastiya üç əsas qrupa bölünür. Birincisi vəzi tip (süd vəzilərinin böyüməsi ilə əlaqədar), ikincisi qarışıq tip (digər ikisi qarışıqdır), üçüncüsü isə lipomatoz tipdir (piy toxumasının artması ilə əlaqədar). Qarışıq tipdə həm döş toxuması, həm də yağ toxuması artımı birlikdə müşahidə edilir və xəstələrdə daha çox qarışıq tip jinekomastiya kimi baş verir”.

Kişilərdə bu xəstəliyin əsas simptomları aşağıdakılardır:

şişmiş döşlər

sinə boşalması

döşlərdə həssaslıq

Mütəxəssis bildirib ki, bu xəstəlik müalicə tələb etmir:

“Jinekomastiya çox vaxt 2-3 həftə ərzində öz-özlüyündən keçib gedir. Amma böyümənin başqa gizli bir səbəbi varsa, onu tapıb qarşısını almaq lazımdır. Hətta bəzi hallarda döş piyini, yağını çıxarmaq üçün cərrahiyyə üsulundan da istifadə etmək olar”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4722
avatar

Sevinc Fərid

Oxşar yazılar