İmtahan qabağı stress,qayğılar,depressiya,yorğunluq bir çoxlarının üzləşdiyi əsas problemlərdən biridir. Bu kimi halların iştirakçıların imtahanda göstərdiyi nəticələrə mənfi təsirinə biganə qalınmamalıdır.
Bəs bütün bu problemlərdən maksimum yayınmaq üçün nə etmək lazımdır?
Lent.az bu sualın cavabını təqdim edir:
İmtahan dövründə həddindən artıq qəhvə və turşulu içkilər istehlak etmək böyük səhvdir. Çünkü belə içəcəklər bir çoxlarında ürək döyüntüsü, narahatlıq, yuxusuzluq, qorxu kimi problemlərin yaranmasına səbəb olur. Bu içkilərin əvəzinə tərkibində yüksək miqdarda vitamin C olan və stressi azaldan, uzun müddət konsentrə olmağa kömək edən itburnu, çobanyastığı, adaçayı, göyərti kimi bitki çayları seçim edilməlidir. Ərik qaxı, gavalı, kişmiş, əncir qurusu kimi quru meyvələrdən istifadə etmək də məqsədəuyğun olar.
İmtahandan əvvəl, səhər və imtahan zamanı qidalanma tövsiyələri:
İmtahan stressindən xilas olmaq üçün imtahandan əvvəl, imtahan günü səhər və imtahan zamanı istehlakı tövsiyə edilən bir çox qida mövcutdur. Lakın ən çox məsləhət görülənləri belədir:
• Stressi azaltmaq üçün meyvə istehlak edilməlidir.Meyvələrdəki antioksidantlar həm sitrassin azalmasına kömək edər həm də tərkibindəki vitamin C immunitet sistemini gücləndirir.
• İmtahandan bir gün əvvələ qədər heç dadılmamış və ya tanış olunmamış yemək qəbul edilməməlidir.
• Mümkün olduğu qədər evdə bişirilmiş və daha əvvəl də yeyib və sınanmış az yağlı yeməklər seçim edilməlidir.
• İmtahandan bir gün əvvəl hinduşka və ya toyuq yeməmək məsləhətdir. Bunun səbəbi isə toyuq və hunduşqa ətinin tərkibində yuxu hissi verən “triptofan” maddəsinin olmasıdır.
• İmtahan əvvəli qan şəkərini tənzimləmək üçün şirin, şokolad, hazır meyvə şirəsi yerinə təzə meyvə, kəpəkli çörək, süd kimi qan şəkərini daha yavaş artıran qidaların istehlakı məsləhətdir.
• İmtahandan bir gün əvvəl köp və şişkinliyə səbəb ola biləcək çox yağlı, ağır qidalar yerinə zülal, karbohidrat, yağ balanslı yüngül qidaların istehlakı seçim edilməlidir.
• İmtahan günü səhər yuxudan oyandıqda qan şəkərini dərhal artırmayacaq və ya azalmayacaq balanslı səhər yeməyi yemək faydalıdır.
İmtahan günü əslində hər günün ən vacib yeməyi hesab edilən səhər yeməyi çox əhəmiyyət kəsb edir. Yumurta, tam taxıl çörəyi, zeytun, pendir, tahin-bəkməz, pomidor, xiyar, bibər-cəfəri, yulaf, dənli bitkilər, quru meyvələr, qoz,fındıq, badam kimi yağlı toxumlar, süd və ya meyvə şirələri kimi qidalardan hazırlanan səhər yeməyi imtahanın uğurlu keçməsinə kömək edər.
• İmtahandan əvvəl şəkərli qidalar qəbul edilməməlidir. Qan şəkərinin azalmasının qarşısını almaq üçün, kəpəkli biskvitlər, qablaşdırılmış süd və su kimi qidaları seçim edilməlidir.
• İmtahan ərəfəsində zehni aktivliyi yaxşılaşdıran balıq kimi qidaların istehlakı əhəmiyyət daşıyır. Həftədə ən azı 2 dəfə istehlakı tövsiyə edilən balıq tərkibindəki omeqa 3 sayəsində konsentrasiyanın artmasına kömək edir.
• İmtahan əvvəlində Konsentrasiyanı, diqqəti və düşüncə gücünü artıran dəmirlə zəngin qidalar istehlak edilməlidir. Dəmir beyni qidalandırır, siqnalların beyinə çatma müddətini azaldır. Ancaq yumurta, qırmızı ət, quzu ciyəri, bəkməz və sayir qidaların tərkibindəki dəmirin sürətlə sorulması üçün sözügedən qidaları vitamin C ilə qəbul etmək daha faydalıdır.
• İmtahan əvvəli çörək, paxlalılar, dənli bitkilər kimi vitamin B baxımından zəngin qidalar da seçim edilməlidir. Vitamin B-nin stress və beyin yorğunluğunun qarşısını aldığı bilinir. Vitamin E baxımından zəngin bitki yağları və yağlı toxumlar başda olmaqla serotonin hormonlarının ifrazını artıran və rahatlama təmin edən süd, ananas, qatıq istehlakına da üstünlük verilməlidir. Lakin İmtahan zamanı susuzluğa səbəb olacaq yağlı və duzlu qidalardan imtina edilməlidir.
• İmtahana hazırlaşan və qəbuzlik problemi olmayan hər kəs gündə 1 banan istehlak etməlidir. Banan həm serotonin hormonunun ifrazını artırır həm də kalium qaynağı olduğu üçün diqqətin yayınmasının qarşısını alır.
Alimlərə görə İmtahan stressini azaldan ən önəmli faktorlardan biri də gecə yaxşı yatmaqdır. İmtahana qatılacaq şəxs gecəni rahat yatmaq və stressdən xilas olmaq üçün yatmazdan 1-2 saat əvvəl bir stəkan çobanyastığı, melissa və darçınlı mixək ilə dəmlənmiş çay içməlidir.