“Gündəlik kalori qəbulu düzgün olarsa, günün istənilən vaxtında yemək olar”.
Lent.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu həkim Aleksandr Myasnikov deyib.
O, gecə yeməyin təhlükələri haqqındakı mifi dağıdıb:
“Artıq çəkili kişilər gündə 1500-1800 kalori, qadınlar üçün isə səhər 8-dən axşamüstü 4-ə qədər yemək intervalı ilə 1200-1500 kalori ilə məhdudlaşdırılıb. Ancaq normal çəkili insanlar günün istənilən vaxtı qidalana bilər. Təbii ki, çox kalorili qidalar qəbul etmək məsləhət deyil. Amma bunun günün hansı vaxt yediyinizlə bağlı heç bir əlaqəsi yoxdur”.