Fıstığa qarşı allergiyanı aradan qaldırmağın yolu açıqlanıb.
Lent.az xəbər verir ki, bu barədə “Clinical & Experimental Allergy” jurnalında məlumat dərc olunub.
Məlumata görə, yüksək temperatur fıstıq allergenlərinin quruluşuna və immunoreaktivliyinə təsir göstərə bilər. Buna görə də fıstığı kiçik hissələrə bölüb qaynatdıqdan sonra yemək təklif edilib. Ancaq təbii ki, həkim icazəsi olmadan yemək məsləhət görülməyib.
Araşdırmada 6-18 yaş arası fıstıq allergiyası olan 70 uşağa 12 həftə ərzində qaynadılmış fıstıq verilib.
Nəticədə 70 iştirakçıdan 56-nın (80%) artıq fıstıqlara qarşı həssaslığı itib. Sınaq başa çatdıqdan altı ay sonra izlənilən 45 uşaqdan 43-ü hələ də müntəzəm olaraq fıstıq yeməyə davam edib.
Qeyd edək ki, alimlərin metodologiyası təkmilləşdirmə və əlavə araşdırma tələb edir. Buna görə də həkim məsləhəti olmadan istifadə edilə bilməz.