Əhvalımızı yüksəldən MEYVƏ
12 yanvar 2023 13:02 (UTC +04:00)

Əhvalımızı yüksəldən MEYVƏ

Kivi C vitamini və antioksidantla zəngin olan meyvələrdən biridir.

Lent.az xəbər verir ki, tərkibində A, E, K vitaminləri, kalsium, maqnezium, mineral, fosfor və potasium da olan bu meyvənin faydaları bunlardır:

• Astma xəstələrinə kömək edir

C vitamini və antioksidant baxımından çox zəngin olan kivi xırıltılı nəfəs və öskürək kimi astma simptomlarının yüngülləşməsinə kömək edir. Aparılan elmi araştırmalara görə astmadan əziyyət çəkən uşaqlar üçün daha təsirli və faydalıdır.

• Mədə sağlamlığını qoruyur.

Kivi reflüks, xoralar və qastrit əmələ gəlməsinin qarşısını alır. Qələvi quruluşa sahib olduğu üçün mədəni də qoruyur.

• Əhval pozğunluqların azalmasına kömək edir

Kivinin tərkibində xoşbəxtlik hormonu olan seratonin var. Xoşbəxtlik hormonunun ifrazına səbəb olaraq depressiyaya qarşı qoruyucu təsir göstərir.

• İmmuniteti gücləndirir

 C vitamini immuniteti gücləndirir. Kivi də C vitamini baxımından ən zəngin meyvələrdən biri olduğu üçün immunitet sistemini gücləndirərək bir çox xəstəliyin qarşısını alır və zərərli patogenlərə qarşı orqanizmi qoruyur.

• Qan təmizləmə xüsusiyyətinə malikdir.

Antioksidantlar baxımından zəngin olan kivi qanın təmizlənməsinə kömək edir.

• Həzmi asanlaşdırır

Kivi həzmi asanlaşdıran lif baxımından zəngindir. Tərkibindəki fermentlər proteinin parçalanmasına kömək edərək həzm müddətini azaldır. Qıdalardakı bəzı proteinlərin, xüsusilə qatıq, pendir, balıq və çiy yumurtanın həzmini asanlaşdırır və qəbizliyin qarşısını alır.

• Ürək-damar sağlamlığını dəstəkləyir

Kivi C, E vitaminləri, polifenollar və potasium ilə zəngindir. Bunlar kardiovaskulyar sağlamlıq üçün əhəmiyyətlidir. C və E vitaminləri kimi antioksidantlar, sərbəst radikalları qandan uzaqlaşdırmağa kömək edir və aterosklerozun qarşısını alır. Qan laxtalanmasını aradan qaldırır. Müntəzəm istehlak edildikdə qandakı triqliserid səviyyəsini 15 faiz aşağı salır. Lif və potasium baxımından zəngin olduğu üçün ürək xəstəliklərinin qarşısını alaraq ölüm riskini azaldır.

• Xərçəngə qarşı qoruyucu təsirə malikdir

Kivi lifli quruluşu sayəsində bağırsaq xərçənginin qarşısını alır.

• Arıqlamağa kömək edir

100 qramında 61 kalori olan kivi pəhriz dostu qidadır. Lifli quruluşu sayəsində uzun müddət tox saxladığı üçün arıqlamağa və qan şəkərini balanslaşdırmağa kömək edir.

• Dərini cavanlaşdırır

Kivi dəri sağlamlığı üçün ən faydalı meyvədir. Dəridəki kollagen toxumasını artıraraq dərini sıxmağa və qocalma əlamətlərini aradan qaldırmağa və nəm balansının qorunmasına kömək edir.

• Saçların tökülməsinin qarşısını alır

C və E vitaminləri baxımından zəngin olan kivi saç tökülməsinin qarşısını alır. Tərkibindəki maqnezium, kalium və sink isə qan axınını sürətləndirir və saçların uzanmasına kömək edir.

• Göz sağlamlığı üçün faydalıdır

Kivinin tərkibindəki vitamin və minerallər göz xəstəliklərinin qarşısını alır və görmə qabiliyyətini yaxşılaşdırır.

• Hamilələr üçün faydalıdır

Kivi tərkibindəki fol turşusuna görə hamiləlik dövründə istehlak edilməsi ən çox tövsiyə edilən meyvədir.

• Sümük sağlamlığını qoruyur

Kivi, K vitamini, kalsium və fosfor baxımından zəngin meyvədir. Bu vitamin və minerallar isə sümüklərin sağlamlığını artırır. Osteoparozun qarşısını alır.

• İltihab əleyhinə mübarizə edir

Kivi oynaq ağrısına səbəb olan iltihaba qarşı mübarizə edir.

• Bədənin su ehtiyacını təmin edir

Kivi 90 faizi sudan ibarət olduğu üçün bədən istiliyini qoruyur, dəri zədələrini aradan qaldırır və qida maddələrinin həzmini asanlaşdırır.

Kivi istehlakında hansı məqamlara diqqət yetirilməlidir?

1. Allergiya: Kivi, allergiyası olan insanlarda qusma, dəri döküntüsü, dildə, ağızda və dodaqlarda qaşınma, nəfəs almaqda çətinlik, üzdə şişlik, başgicəllənmə və mədəaltı vəzində şişlik müşahidə oluna bilər.

2. Kalium artıran dərmanların qəbulu zamanı kivi istehlakından imtina edilməlidir. Əks təqdirdə bədəndəki kalium miqdarı həddindən çox arta bilər.

3. K vitamini baxımından zəngin olan kivinin qan durulaşdırıcı dərman qəbul edən ürək xəstələrinin az istifadə etmələri məsləhətdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2121
avatar

Oxşar yazılar