Ağrılara qarşı təbii dərmanlar - 5 TÖVSİYƏ
28 mart 2021 12:22 (UTC +04:00)

Ağrılara qarşı təbii dərmanlar - 5 TÖVSİYƏ

Bir çox xəstəliyin, orqanizmdə yaranan problemlərin dərmanının təbiətdə olduğu əsrlərdir ki, sübut olunub. Təbii qidaların-bitkilərin, tərəvəzlərin, meyvələrin hər birinin onlarla faydası var. Hər qidanın isə müalicəvi baxımdan özünəməxsus xüsusiyyətləri mövcuddur.

E-tibb.az Türkiyədən olan həkim, dietoloq və tibbi estetika üzrə mütəxəssis Fevzi Özgönülün bir neçə xəstəliyin təbii dərmanları haqda fikirlərini təqdim edir:

Baş ağrısına qarşı yerkökü

Yerkökü baş ağrısının yaranmasının qarşısını alır. Son illərdə bu məhsulun xroniki baş ağrısı ilə yanaşı erkən demensiya, Alzheimer, infarkt, dəri və ağciyər xərçənginə qarşı mübarizə apardığı da məlum olub.

Diş çürüməsinə qarşı ispanaq

Dəmir anbarı olaraq bilinən ispanaq A, B, C, E vitaminləri, maqnezium, fosfor, yod mineralları və zülalla zəngindir. Bu səbəbdən də ispanaq orqanizmin müqavimətini artırır. Xüsusilə yaz aylarında sümükləri və dişləri də gücləndirir. İspanaq həm də diş çürüməsinə qarşı qoruyucudur.

Həzmsizliyə qarşı təzə lobya

Lobya həzmsizliyə qarşı istifadə oluna bilər. Təzə lobyanı həftədə iki dəfə, xüsusən mövsümündə yemək lazımdır. Kalorisi az olan, az yağlı bu tərəvəz bol lif quruluşu sayəsində həzmə kömək edir. Pis xolesterolun bağırsaqda əmələ gəlməsinin qarşısını alır.

Mədə xorasına qarşı rozmarin

Rozmarin (Bibəriyə) immunitet sistemini gücləndirən təbii vasitə hesab olunur. Onu mədə xorasının dərmanı da saymaq olar. Mədə xorasından başqa, həzm sisteminin ləng getdiyi hallarda, qəbizlikdə və miqren baş ağrılarında faydalıdır. Rozmarin yağı isə əzələ və oynaq ağrısını azaltmaq üçün istifadə edilə bilər.

Xolesterinə qarşı sarımsaq

Sarımsağın faydaları çoxdur. Amma daha çox mövsümi virus infeksiyaları, epidemiyalar zamanı qoruyucu sayılır. Bundan başqa, sarımsaq qan təzyiqi, xolesterol azaldıcı, qanı duruldan və immuniteti artıran vasitə kimi istifadə oluna bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3288
avatar

Oxşar yazılar