Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayev vəzifəsindən azad edilib.
Lent.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, Azər İslah oğlu Paşayev Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin hakimi və sədri təyin edilib.
Xatırladaq ki, Azər Paşayevin qərarı ilə İmişlinin mənimsəmədə ittiham olunan sabiq icra başçısı Vilyam Hacıyev 12 il azadlıqdan məhrum edilib.