Prezident Laçın beynəlxalq hava limanının nə vaxt istismara veriləcəyini açıqladı
28 mart 2023 15:28 (UTC +04:00)

Prezident Laçın beynəlxalq hava limanının nə vaxt istismara veriləcəyini açıqladı

Ondan dərhal sonra göstəriş verildi ki, biz vaxt itirmədən Laçın şəhərinin yenidən qurulması prosesinə start verək.

Lent.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən bildirib.


Azərbaycan Prezidenti qeyd edib ki, artıq iki ildən çoxdur Laçın rayonunun yenidən bərpası ilə bağlı işlər aparılır, bir çox işlər görülüb.

“Bildiyiniz kimi, Laçın rayonunda beynəlxalq hava limanı inşa edilir. O bölgədə heç vaxt hava limanı olmamışdır və hava limanının yerini müəyyən edərkən böyük çətinliklərlə üzləşmişdik. Çünki orada uçuş-enmə zolağının inşası üçün düz yer tapmaq mümkün olmadı. Biz dağları kəsərək və böyük torpaq işlərini həyata keçirərək bütün dağlıq ərazilərdə, dağlarla əhatə olunan ərazilərdə beynəlxalq hava limanı inşa edirik. Yəqin ki, gələn ilin sonunda, ya da 2025-ci ilin əvvəllərində hava limanı istismara veriləcək”, - dövlət başçısı deyib.

# 2112
avatar

Oxşar yazılar