Prezident  idmançıları   təltif etdi - SƏRƏNCAM
30 dekabr 2022 17:02 (UTC +04:00)

Prezident idmançıları təltif etdi - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Lent.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilib:

Cəfərov Ağanağı Cəfər oğlu

Həmidov Tofik Sadıq oğlu

Həsənov Məlik Ənvəroviç

Xanəliyev Tofiq Sarxan oğlu

İsmayılov Musa Çoban oğlu

Qurbanov Ağa Yusif Kazım oğlu

Mustafayev Ramiz Yaqub oğlu

Namazəliyev Əfsər Hüseyn oğlu

Rəcəbov Faiq Əbdül oğlu

Rəşidov Rəşad Yusif oğlu

Tahirov İsmayıl Ağababa oğlu

Umudov Firdovsi Qəminalı oğlu

Vahabzadə Asmira Hacı qızı

Zudov Aleksandr Nikolayeviç.

***

Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:

Çələbiyev Cavid Namiq oğlu

Əsədov Fuad İsmayıl oğlu

İsmayılov Çingiz Məmməd oğlu

Məmmədzadə Nurlana Balahüseyn qızı.

***

Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərə Azərbaycan Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib:

Çopsiyev İsmayıl Səməd oğlu

Məmmədyarov Həmid Hilal oğlu.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

 

# 2577
avatar

Oxşar yazılar