Azad olunmuş ərazilərdəki hərbçilərin maaşı ilə bağlı  SƏRƏNCAM
25 iyun 2021 12:06 (UTC +04:00)

Azad olunmuş ərazilərdəki hərbçilərin maaşı ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında sərəncam imzalayıb.

Lent.az-ın xəbərinə görə, sərəncama əsasən, İşğaldan azad olunmuş ərazilərdə Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları, Xüsusi Təyinatlı Qüvvələrdə və əməliyyat briqadalarında xidmət edən hərbi qulluqçular istisna olmaqla) aylıq vəzifə maaşlarına 2021-ci il iyulun 1-dən Azərbaycan Prezidentinin əlavəsi müəyyən edilib:

2. Müəyyən edilsin ki, bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan hərbi qulluqçulara (bundan sonra – hərbi qulluqçular):

2.1. Azərbaycan Respublikası Prezidentinin əlavəsi hərbi qulluqçuların hərbi xidmət müddəti və xidmət yeri nəzərə alınmaqla bu Sərəncamın Əlavəsinə uyğun olaraq aylıq vəzifə maaşlarının 20–60 faizi həcmində 5 (beş) il müddətində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən ödənilir;

2.2. 2021-ci ildə hərbi qulluqçulara Azərbaycan Respublikası Prezidentinin əlavəsi “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1241 nömrəli Fərmanının 1.2.1.4-cü “Müdafiə və milli təhlükəsizlik sahəsi üzrə maddi-texniki təminatın möhkəmləndirilməsi” yarımbəndində nəzərdə tutulmuş vəsaitin qalığı hesabına, növbəti illərdə isə dövlət büdcəsində müdafiə xərcləri üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilir;

2.3. Azərbaycan Respublikası Prezidentinin əlavəsi hərbi qulluqçulara Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış say və tərkibə uyğun olaraq ödənilir.

1.3. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etsinlər.

2.4. Bu Sərəncam 2021-ci il iyulun 1-dən qüvvəyə minir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6862

Oxşar yazılar

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə getdi

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə getdi

9 iyul 2025 , 14:53
Dünya liderləri Xankəndidə - VİDEO  - YENİLƏNİB

Dünya liderləri Xankəndidə - VİDEO - YENİLƏNİB

4 iyul 2025 , 14:40
Prezident onlara general rütbəsi  verdi

Prezident onlara general rütbəsi verdi

25 iyun 2025 , 11:11
Prezident İlham Əliyev Mingəçevirdə  - YENİLƏNİB

Prezident İlham Əliyev Mingəçevirdə - YENİLƏNİB

24 iyun 2025 , 10:40
Prezident  İlham Əliyev Yevlax və Goranboyda -FOTOLENT

Prezident İlham Əliyev Yevlax və Goranboyda -FOTOLENT

23 iyun 2025 , 14:53
Qaxın icra başçısı işdən çıxarıldı

Qaxın icra başçısı işdən çıxarıldı

21 iyun 2025 , 15:14
Prezidentdən Şahin Mustafayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Şahin Mustafayevlə bağlı SƏRƏNCAM

12 iyun 2025 , 13:26
Prezident yeni hakimlər  təyin etdi

Prezident yeni hakimlər təyin etdi

3 iyun 2025 , 17:38