Çörək bayatlaşırsa nə etməli?
Bir soba və ya mikrodalğa istifadə edərək, çörəyin yumşaqlığını bərpa edə bilərsiniz.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla belə, aşpaz Yuliya Arkhipova byaat çörəkdən istifadənin başqa variantı tövsiyə edir.
Mütəxəssis bayat çörəyi çox dadlı bir yeməyə çevirməyi məsləhət görür. Söhbət qeyri-standart "çörək güveç"dən gedir.
O necə hazırlanır?
Əvvəlcə bərkimiş çörək parçaları dərin bir qaba qoyulmalı və südlə islatmalısınız. Südlə isladılmış çörək sürtgəcdən keçirilmiş tərəvəzlərlə qarışdırılmalıdır. İlk növbədə, qaynadılmış kartof və yerkökü əlavə edə bilərsiniz.
Digər qidalar, məsələn, kolbasa və ya pendir də qata bilərsiniz. Nəticədə qarışıq bir çörək qabına qoyulmalıdır. Yeməyin sobada təxminən 20 dəqiqə bişirin. Son nəticə həqiqətən dadlı olacaq. Güveç ən sadə maddələrə baxmayaraq, çox iştahaaçan yeməkdir.