Balaca və portağal dadında PEÇENYELƏR
01 dekabr 2022 17:13 (UTC +04:00)

Balaca və portağal dadında PEÇENYELƏR

Lent.az-ın mətbəxi layihəsində növbəti resepti təqdim edirik.

Bu dəfə Rusiya KİV-ə istinadən asan hazırlanan və çox ləzzətli portağal tamı verən peçenye reseptini sizinlə bölüşəcəyik. Bu reseptin gözəlliyi onun dadındadır. Peçenyenin tərkibinə təkcə portağal deyil, həmçinin limon və naringi suyu da əlavə edə bilərsiniz. Təbii ki, bu seçim sizin ixtiyarınızdadır. Təqdim etdiyimiz reseptlə çox sayda şirin balaca peçenyelər hazırlayacaqsınız.

Lazım olan ərzaqlar:

150 qram kərə yağı

180 qram şəkər

1 ədəd yumurta

50 qram yemək qaşığı sitrus meyvə suyu ( portağal, limon və ya naringi)  

1 yemək qaşığı əlavə etdiyiniz meyvə qabıqları  

325 qram buğda unu

1/4 çay qaşığı duz

1 çay qaşığı qabartma tozu

3 yemək qaşığı şəkər tozu

Əvvəlcə portağal qabığını incə sürtgəcdən keçirib şirəsini sıxın. Duzu una əlavə edib qarışdırın.

Ərinmiş yağı şəkərlə çalın. Daha sonra yumurta, portağal suyu və qabığını əlavə edin. Qarışıq qatılaşıb tam həll olana qədər çalın və tədricən unu qarışığa tökün. Sonda siz elastik xəmir əldə edəcəksiniz. Ondan qoz böyüklüyündə toplar düzəldin. 

Peçenye əvvəlcədən 180 dərəcə isidilmiş sobada 18-20 dəqiqə bişirilir. Nəticədən çox razı qalacaqsınız.

Nuş olsun!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3675
avatar

Sevinc Fərid

Oxşar yazılar