Yetimxanadan çıxıb məşhur oldu   – Milyonları miras qoydu
24 iyun 2022 18:06 (UTC +04:00)

Yetimxanadan çıxıb məşhur oldu – Milyonları miras qoydu

Rusiyanın əfsanəvi “Laskovıy may” qrupunun üzvü, müğənni Yuri Şatunov 48 yaşında vəfat edib. İfaçı ürək çatmazlığı səbəbindən dünyasını dəyişib.  Orta yaşlı nəslin nümayəndələri onu  “Ne boysa”, “Belıye rozı”, “Pust budet noç”, “Sedaya noç” və s. mahnıları ilə sevmişdilər. Milyonların kumirinin həyatı asan keçməmişdi. Şatunov yetimliyi ilə şöhrət qazanmış və bundan qaçmaqla şöhrətini məhv etmiş adam idi.  Lent.az 90-lara möhür vurmuş Yuri Şatunov  barədə yazır.

1973-cü il sentyabrın 6-da Başqırd Muxtar Respublikasının Kumertau şəhərində Vera Qavrilovna Şatunova və Yuri adlı Vasili Vladimiroviç Klimenkonun bir oğlu dünyaya gəldi. Vera və Vasili Başqırdıstanın Kumertau şəhərində yaşayırdılar körpənin doğulması, onları yaxınlaşdırmadı, əksinə, çətin münasibətləri daha da çətinləşdirdi, buna görə də Yura atasının  soyadını ala bilmədi.  Həyatının ilk günlərindən Vera ona qulluq etməyi Pyatki kəndində yaşayan valideynlərinə həvalə etdi.

Üç il sonra qadın ərini tərk etdi, ancaq oğlunu yanına aparmadı. 1977-ci ildə Yuranın nənəsi vəfat edəndə və Vera yeni sevgili tapıb kiçik Savelyevka kəndinə köçəndə oğlan anası və ögey atası ilə yaşamağa başladı. Veranın yeni həyat yoldaşı tez əsəbiləşən və içki içən bir insan idi, o, Yuranı sevmirdi və tez-tez döyürdü, uşaq qaçıb başqalarının evlərində gecələməli olurdu.

O bir müddət xalası  ilə yaşamalı oldu. 1982-ci ildə Yuranı uşaq evinə verdilər, bundan iki il sonra Yuranın anası Vera 29 yaşında vəfat  etdi. Səbəb ürək tutması və alkoqollu içkilərdən həddən çox istifadə etmək idi. Atası oğluna sahib çıxmaq istəmədi. Həyatda Yura il maraqlanan tək insan xalası Nina idi.

Sahibsizlik duyğusu yeniyetmə oğlanın həyat tərzini dəyişdi. O çətin tərbiyə olunan uşaqlar siyahısına salındı, 1985-ci ildə  sərgərdan həyat tərzinə görə onu çətin tərbiyə olunan uşaqların müəssisəsinə göndərmək istədilər. Lakin böyüdüyü uşaq evinin  direktoru ona ana qayğısı göstərdi. Onu öz zəmanəti altına aldı. İş o yerə çatdı ki, direktor iş yerini dəyişəndə Yuranı da özü ilə yeni internata Orenburqa apardı və burda o burda həmyaşıdları ilə birləşib 1986-cı ildə məşhur “Laskovıy may” qrupunu yaratdı.

1988-ci ildə prodüser Andrei Razin qrup üzvləri ilə görüşdü. Tezliklə qrupla dost oldu və hətta bir neçə mahnının yazılmasında iştirak etdi. Razin qrupun rəhbərliyini də öz  əlinə aldı.  Qrup tezliklə  bütün ölkədə məşhur oldu. Şatunov haqqında çoxlu şiələr gəzirdi. Onun Elvis preslinin oğlu olduğu deyilirdi. 1991-ci ildə ABŞ-a qastroldan sonra  18 yaşlı Yura yetimxana uşağı obrazından bezdiyi üçün qrupu tərk etdi. Soçidə tənha həyat yaşayıb jurnalistlərin gözündən uzaq qalmağa çalışmaq istəyi ona baha başa gəldi, müğənninin şöhrəti itdi. Qrup dağıldı. 2000-ci illərdə onun ulduzu yenidən parladı və xaricə qastrolları təşkil olundu.

2000-ci ildə Almaniyaya  tur zamanı Yuri Şatunov gələcək həyat yoldaşı Svetlana ilə tanış oldu. Və ömrünü bu ölkəyə bağlamağa qərar verdi. Şatunovun Denis və Estella adlı övladları doğuldu.  Müğənni ömrünün son illərini iki ölkə vətəndaşı olaraq yaşadı. O  əsasən, Almaniyada  Bad Hamburh  şəhərində yaşayır, Rusiyaya konsert vermək üçün nadir hallarda gəlirdi. Almaniyada öz şəxsi biznesini qurmuşdu. Ölməsəydi yaxın günlərdə daha 2 konserti planlanmışdı.
Məşhurlaşmasında rolu olmuş prodüseri Razinlə aralarında maliyyə qalmaqalı yaşanmış, Razindən  xeyli miqdarda kompensasiya tələb edərək Almaniyadakı həyatını qurmuşdu. O Razinlə hərdən bir görüşürdü. Onunla konfliktə getməyərək, prodüserini hər şeyini borclu olduğu adam adlandırırdı. Sonralar Razin onun övladlarının xaç atası olmuşdu. Şatunov sağlam həyat tərzi ilə yaşayır, uşaqlarına yaxşı ata olmağa çalışırdı.

Sənətçinin mirası iki mənzil və bir evdən ibarətdir.

Birinci daşınmaz əmlak Moskvada yerləşən bir otaqlı mənzildir. Moskvanın Kantemirov küçəsində yerləşən birotaqlı mənzilin ortalama qiyməti bu gün 11 milyon rubl təşkil edir. Soçidəki “Razin” hotelindəki apartamentlərin isə qiyməti daha bahadır.

Ulduzun ən bahalı mülkü Almaniyanın Münhen şəhərində yerləşən malikanəsidir. Daşınmaz əmlakın qiyməti 10 milyon dollar təşkil edir. Şatunov ailəsi ilə burada ömrünün son 20 ilini yaşayıb.

# 2124
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar