Muğamımız Rusiyada səslənəcək
08 oktyabr 2013 12:00 (UTC +04:00)

Muğamımız Rusiyada səslənəcək

Oktyabrın 12-də Azərbaycanın muğam ansamblı II Beynəlxalq “Avrasiya” musiqi festivalı çərçivəsində Rusiyada konsert proqramı ilə çıxış edəcək. Lent.az-ın məlumatına görə, festival Yekaterinburq şəhərində keçiriləcək.  

 

Konsertdə əməkdar artist Elşən Mansurov, Ələkbər Ələkbərov, Abuzər Güləliyev, Ramin Abdullayev, Ehtiram Hüseynov və Arzu Əliyeva muğamlarımız, xalq mahnıları və milli rəqs havalarımız səsləndirəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 966

Oxşar yazılar