Mirzə Babayevin 100 illik yubileyi qeyd olunacaq
31 yanvar 2013 11:45 (UTC +04:00)

Mirzə Babayevin 100 illik yubileyi qeyd olunacaq

Azərbaycan estrada musiqisinin görkəmli ifaçılarından olan Mirzə Babayevin 100 illik yubileyi qeyd olunacaq. Dövlət Film Fondundan Lent.az-a verilən məlumata görə, xalq artistinin yubiley tədbiri təntənəli şəkildə qeyd olunacaq. Tədbirdə mərhum sənətkarın özünəməxsus yaradıcılıq yolundan söz açılacaq və çəkildiyi filmlərdən epizodlar nümayiş olunacaq. Hazırda yubileylə bağlı hazırlıqlar gedir.

 

Qeyd edək ki, Azərbaycan estrada musiqisinin banilərindən biri Mirzə Babayev 1913-cü ildə iyulun 16-da Bakıda anadan olub. O, ilk təhsilini M. Əzizbəyov adına Sənaye İnstitutunun memarlıq fakültəsini alıb. Mirzə Babayev Bakıda ("Nizami" muzeyi) və Azərbaycanın digər şəhərlərində olan bir çox binaların və muzeylərin layihə müəllifidir. Mirzə Babayev müğənnilik fəaliyyətinə 40-cı illərin əvvəlində müharibədən qayıdan zaman – görkəmli bəstəkar Tofiq Quliyevin rəhbərlik etdiyi caz orkestrində başlayıb.1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına, məşhur müğənni  Bülbülün sinfinə daxil olub. Mirzə Babayev 30-dan artıq filmdə rol alıb. Uzun illər Azərbaycan Dövlət Filarmoniyasında çalışıb. Eyni zamanda bir çox filmlərdə baş rollardan birini ifa edib.  Mirzə Babayev 2003-cü ilin yanvarın 13-də 90 yaşında vəfat edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 988

Oxşar yazılar