Bu gün “Zirə” UEFA Konfrans Liqasındakı çıxışına start verib.
Lent.az xəbər verir ki, Rəşad Sadıqovun yetirmələri Xorvatiyanın “Hayduk” klubunu qəbul edib.
"Neftçi Arena" stadionunda keçirilən qarşılaşma saat 19:30-da start götürüb.
Gərgin keçən qarşılaşmada azarkeşlər 2 qola şahidlik ediblər. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Qeyd edək ki, cavab görüşü iyulun 31-də Split şəhərində baş tutacaq.