Mütləq izləməli olduğunuz 7 həyəcanverici detektiv serial  -  VİDEO
18 iyul 2025 14:45 (UTC +04:00)

Mütləq izləməli olduğunuz 7 həyəcanverici detektiv serial - VİDEO

Aldadılma, sirrlər və gözlənilməz süjet dönmələri – bu müasir detektiv seriallar süjetin gərginliyi ilə heyran edir.

Lent.az istintaq, dram və komediyanın iç-içə keçdiyi maraqlı seriallar seçimini təqdim edir:

"İncəsənət detektivləri"

Xarizmatik incəsənətşünas və sərt təbiətli detektiv birləşərək incəsənət və antikvar əşyalarla bağlı sirli cinayətlərin üstünü açırlar.

"İt təpəsi"

Tanınmış və uğurlu yazıçı keçmişin kabusları ilə üzləşməyə məcbur qalır. O, doğma şəhərinə qayıdaraq gizli qalmış sirrləri üzə çıxarmaq və keçmişdəki düşmənlərindən qisas almaq istəyir.

"3 cisim problemi"

Dahiyanə alimlər qrupunun etdikləri inanılmaz kəşf bəşəriyyət tarixində ən böyük təhlükə ilə qarşılaşmalarına səbəb olur. Onlar bu təhlükəni dəf edib Yer kürəsini xilas edə biləcəklərmi?

"Çaqqalın günü"

Elit muzdlu qatillərdən biri ən yüksək qonorarlar qazanır. Lakin son sifarişindən sonra onun izinə düşən Britaniya kəşfiyyatının zabiti onu tutmaq üçün heç nədən çəkinməyəcək.

"Möhtəşəm cütlük"

Zəngin cütlüyün toy mərasimi gözlənilmədən sahildə tapılan bir cəsədlə yarımçıq qalır. Qonaqların gizli sirləri üzə çıxmağa başlayanda, hamı şübhə altına düşür və əsl istintaq başlayır.

"Şəkər"

Əfsanəvi Hollivud prodüserinin nəvəsinin müəmmalı şəkildə yoxa çıxmasını araşdıran şəxsi detektiv haqqında hekayə. Şuqər baş verənləri anlamağa çalışarkən ailənin dərin sirrlərini də aşkara çıxarır.

"Açılmamış işlər şöbəsi"

Cinayət serialı Edinburq şəhərində yeni polis bölməsinə rəhbərlik edən cəsarətli və zəka dolu bir detektivdən bəhs edir. O, eksantrik mütəxəssislərdən ibarət komandası ilə köhnə cinayətləri açır və öz bacarıqlarını daha dərindən kəşf edir.

Bu seriallar həm intellektual, həm də emosional baxımdan zəngin detektiv təcrübəsi axtaranlar üçün ideal seçimdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 286

Oxşar yazılar

Kefinizi açacaq 5  məzəli film   -  VİDEO

Kefinizi açacaq 5 məzəli film - VİDEO

17 iyul 2025 , 19:46
Azərbaycanın əməkdar incəsənət xadimi vəfat etdi

Azərbaycanın əməkdar incəsənət xadimi vəfat etdi

17 iyul 2025 , 16:25
Özünüzü  tapmağa   kömək edəcək  6 film   -  VİDEO

Özünüzü tapmağa kömək edəcək 6 film - VİDEO

16 iyul 2025 , 17:16
Çətin dövrlərdə sizi rahatlaşdıracaq  5 film   -  VİDEO

Çətin dövrlərdə sizi rahatlaşdıracaq 5 film - VİDEO

16 iyul 2025 , 15:33
Gənc yazıçı motosiklet qəzasında  ağır yaralandı - FOTO

Gənc yazıçı motosiklet qəzasında ağır yaralandı - FOTO

16 iyul 2025 , 11:25
Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51