"Çoxillik müşahidə məlumatlarına əsasən 2020, 2021-ci illərin iyun ayları, 2018, 2023-cü illərin iyul ayları, 2021, 2023-cü illərin avqust aylarında da ölkə ərazisində isti hava şəraiti müşahidə edilib".
Bu sözləri Lent.az-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
O qeyd edib ki, respublika ərazisində müşahidə olunan isti hava şəraitinə səbəb isə cənub-şərq küləklərinin üstünlüyü, eyni zamanda daxil olan isti hava dalğalarının təsiridir.
“İyulun 24-25-də Bakıda və Abşeron yarımadasında mülayim xəzri küləyinin əsəcəyi gözlənilir. Bu da havada nisbi rütubətin bir qədər azalmasına səbəb olacaq və istinin təsirini nisbətən mülayimləşdirəcək”.