Gəncədə ƏMƏLİYYAT:  axtarışda olan şəxs müqavimət göstərdi, polis atəş açdı
23 iyul 2025 20:07 (UTC +04:00)

Gəncədə ƏMƏLİYYAT: axtarışda olan şəxs müqavimət göstərdi, polis atəş açdı

Axtarışda olan, əvvəllər dəfələrlə məhkum olunmuş 30 yaşlı Fərid Məmmədov Gəncə şəhərində saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstərərək qaçmağa cəhd edib.

 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Lent.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən xidməti tabel silahı tətbiq etməklə cəhdin qarşısı alınıb. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir. 

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 838

Oxşar yazılar