Kitablarımız Almaniyada sərgilənəcək
08 oktyabr 2013 12:17 (UTC +04:00)

Kitablarımız Almaniyada sərgilənəcək

Oktyabrın 9-dan 13-ə qədər Almaniyanın Frankfurt şəhərində kitab sərgi-yarmarkasında   Azərbaycan kitabları da nümayiş olunacaq. Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, kitablarımız Frankfurter Messe sərgi şəhərciyində Qız qalası fiquru və Qala divarları fonunda dizayn edilən stenddə ölkəmizin tarixini, mədəniyyətini, dövlətçiliyini, Qarabağ həqiqətlərini əks etdirən nəşrlər yer alacaq. Ümumilikdə stenddə 200 adda kitab, Azərbaycan, ingilis, alman və rus dillərində nəşrlər, respublikamızın turizm imkanları haqqında bukletlər və digər çap məhsulları təqdim ediləcək.

 

Qeyd edək ki, 1949-cu ildən olaraq keçirilən  Frankfurt kitab yarmarkasında Azərbaycan  altıncı dəfədir ki, iştirak edir. Frankfurt yarmarkası Avropanın ən əhəmiyyətli kitab satış sərgisi hesab edilir. Bu il yarmarkada 100-dən çox ölkədən 7400-dək nəşriyyat və poliqrafiya şirkətinin məhsulları sərgilənəcək. Ənənəyə görə, hər sərgidə ölkələrdən biri fəxri qonaq qismində iştirak edir. Builki sərginin fəxri qonağı Braziliyadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 871

Oxşar yazılar

Zurab Sereteli

Xalq rəssamı VƏFAT ETDİ

22 aprel 2025 , 10:21
“Oskar”ın növbəti təqdimetmə mərasimi bu tarixdə keçiriləcək

“Oskar”ın növbəti təqdimetmə mərasimi bu tarixdə keçiriləcək

22 aprel 2025 , 06:41
Orxan Fikrətoğluna nazirlikdə vəzifə  verildi

Orxan Fikrətoğluna nazirlikdə vəzifə verildi

21 aprel 2025 , 17:53
 Çətin gün keçirdin?   - Bu komediyalardan birini izlə -VİDEO

Çətin gün keçirdin? - Bu komediyalardan birini izlə -VİDEO

21 aprel 2025 , 14:44
Cennifer Lopez bu filmdə baş rola  çəkiləcək

Cennifer Lopez bu filmdə baş rola çəkiləcək

21 aprel 2025 , 13:34
Sevgi haqqında deyilmiş 7 aforizm

Sevgi haqqında deyilmiş 7 aforizm

20 aprel 2025 , 19:23
 Xəstəliklərinə görə   kariyeralarını bitirən ULDUZLAR

Xəstəliklərinə görə kariyeralarını bitirən ULDUZLAR

20 aprel 2025 , 11:07
Dahilərdən yumor  haqqında 10 aforizm

Dahilərdən yumor haqqında 10 aforizm

18 aprel 2025 , 18:24