Bu gün Akademik Milli Dram Teatrında xalq artisti Hacağa Abbasovun anadan olmasının 125 illik yubileyinə həsr edilmiş xatirə gecəsi keçiriləcək. Teatrdan Lent. az-a verilən məlumata görə, tədbirin rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, ssenari müəllifi əməkdar mədəniyyət işçisi Atababa İsmayıloğludur.
Xatirə gecəsində Hacağa Abbasovun oynadığı tamaşalardan parçalar nümayiş olunacaq, aktyorun yaradıcılığına bələd olan sənətçilər xatirələr söyləyəcəklər.
Qeyd edək ki, aktyor 1888-ci il iyunun 16-da Bakının Maştağa kəndində müəllim ailəsində doğulub. Bakı Teatr Texnikumunda direktor, Azərbaycan İncəsənət İşləri İdarəsi Teatr şöbəsinin rəisi və s. vəzifələrdə çalışıb. “Xatirələrim” kitabının müəllifidir. Repressiya illərində təqib olunduğuna görə bir müddət Orta Asiya respublikalarında yaşayıb. Xalq artisti 1975-ci il mayın 7-də Bakıda vəfat edib.

Hacağa Abbasovun 125 illiyi qeyd olunacaq
Oxşar yazılar

Özünüzü anlamağa yardım edəcək 10 psixoloji kitab
26 avqust 2025 , 14:41
Bu yay izləməyə dəyər 5 yeni film
26 avqust 2025 , 12:16
Nəsiminin məzarı Azərbaycana gətirilir
26 avqust 2025 , 11:03
Bethovenlə bağlı üzə çıxan YENİ FAKT: əsrlər boyu nəyi gizlədiblər?
25 avqust 2025 , 18:05
Populyarlıq qazanmış 8 maraqlı serial
25 avqust 2025 , 16:53
“Evlənəcəyim qızı Ramiz Rövşənlə məsləhətləşdim” – Xalq artisti Şamil Süleymanlı ilə MÜSAHİBƏ
22 avqust 2025 , 14:02
Özünü oynayan ulduzlar: Kino tarixinin ən yaddaqalan 10 kameosu
22 avqust 2025 , 11:51