Tom Kruz 100 yaşına qədər filmlərdə çəkilmək  niyyətindədir
19 may 2025 19:07 (UTC +04:00)

Tom Kruz 100 yaşına qədər filmlərdə çəkilmək niyyətindədir

Kann premyerasından sonra “Mission: Impossible  – Son Hesablaşma” (“Misson: Impossible – Dead Reckoning”) filmi dünya turunu davam etdirir və Nyu-Yorkda debüt edib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu, “Mission: Impossible” franşizasının səkkizinci hissəsidir və elan olunduğu kimi, İtan Hantın – Tom Kruzun canlandırdığı obrazın – sonuncu macərasıdır.

Aktyor özü də bunu qırmızı xalça üzərində təsdiqləyib: “Bu, finaldır! Elə-belə deyil ki, adında “son” sözü var”.

İki il əvvəl Kruz demişdi ki, onu 80 yaşlı Harison Fordun karyerası ruhlandırır və “Mission: Impossible” filmlərini onun yaşına çatana qədər çəkmək istəyir. THR həmin sitatı xatırladıb və 62 yaşlı aktyordan fikrinin dəyişib-dəyişmədiyini soruşduqda, o belə cavab verib:

“Əslində mən demişdim ki, 80 yaşa qədər film çəkəcəyəm, sonra isə özümü düzəldib dedim – 100 yaşa qədər! Mən heç vaxt dayanmayacağam. Mən döyüş filmlərində, dramda, komediyada rol almanı dayandırmayacağam – mən bütün bunları həqiqətən çox sevirəm”, – aktyor əlavə edib.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 256

Oxşar yazılar