Lent.az müdriklik barədə deyilmiş aforizmləri təqdim edir. Onların içərisindən 18 ən yaxşısını seçməyi sizin ixtiyarınıza buraxırıq.
Adətən adamlar özündə olanı başqasına bağışlayır; müdriklər isə səndə olanı sənə ərməğan edir. (Əbu Turxan)
Adi adamlardan uca duran şəxs həmişə yalqızdır. (Lev Tolstoy)
Aktyorlar az təriflənməkdən, əsl insanlar – az sevilməkdən məhv olurlar. (Fridrix Nitsşe)
Axına düşənlər başqa yolların mümkünlüyünü heç ağlına da gətirmir. Müdrik adam isə fərqli yolları görür və özü seçim edir. (Əbu Turxan)
Axmaq yüksək vəzifədə olanda hamı onu dahi zənn edir. (Helvetsi)
Axmaqlıq kiçiklik deyil; axmağın da böyüyü-kiçiyi olur. (Əbu Turxan)
Başqasının yarım-yarımçıq təlimlərini öyrənməkdənsə, onları yenidən yaratmaq daha rahatdır. (Əbu Turxan)
Batan günəşin kölgəsində ölçülərinə görə özünü böyük zənn etmə. (Pifaqor)
Bəşəriyyət üçün dahi olan insan da öz ailəsinin adi üzvü olmağı bacarmalıdır. (Əbu Turxan)
Bəzi adamlar məşhurdurlar, bəzi adamlar isə məşhur olmağa layiqdirlər. (Doris Lessinq)
Böyük adamlar kiçik işlərdə çox vaxt səriştəsiz olurlar. (Əbu Turxan)
Böyük adamların ömrü onların ideyalarının ömrü ilə ölçülür. (Əbu Turxan)
Böyük insanın faciəsinin səbəbi onun yaşadığı mühitin qəliblərinə sığmamasındadır. Əslində bu, ictimai mühitin, cəmiyyətin faciəsidir. Amma bu faciəni ancaq duya bilənlər yaşayırlar. (Əbu Turxan)
Böyük insanlar çox vaxt böyük əməllərinə görə deyil, buraxdıqları səhvlərə görə xatırlanırlar. (Volter)
Böyük insanlar həyatın mənasını özündə, kiçik insanlar isə özgələrində axtarır. (Konfutsi)
Böyük maneəyə rast gələndə necə olursa-olsun onu dəf etmək əzmi dahilikdən deyil, tərslikdən xəbər verir. (Əbu Turxan)
Böyük ruhlar iztirablarına səssiz şəkildə dözürlər. (Fridrix Şiller)
Böyük şəxsiyyətlərin xoşbəxtliyi adi, faciəsi böyük olur. (Əbu Turxan)
Çox vaxt məşhur adamların özünə yox, şöhrətinə pərəstiş edirlər. (Əbu Turxan)
Çoxbilmişlik nadanlığın ən pis növüdür. (Qeorq Kristof Lixtenberq)
Çoxlarına şöhrəti düşmənləri gətirmişdir. (Baltazar Qrasian)
Dahi insanların dili təbiətin özünün dili qədər sadədir. (Vovenarq)
Dahi xırda işlərdə də dahi, axmaq isə böyük işlərdə də kiçikdir. (Pyer Büast)
Dahilər heç bir işi yarımçıq görmürlər. (Viland)
Dahilər öz kəşfləri ilə fikir qəliblərini dağıdır, alimlər onlara yeni qəlib düzəldirlər. (Əbu Turxan)
Dahilərin bioqrafiyası qısa olur; çünki onların bütün həyatı yaradıcılığındadır. (Emerson)
Dahilərin şəxsi həyatını onların ucaltdığı böyük abidələrin arakəsmələrində axtarmaq lazımdır. (Əbu Turxan)
Dahilərin uşaqlarında təbiət istirahət edir. (El hikməti)
Dahilik elə işlər görməkdir ki, onları başqalarından öyrənmək və başqalarına öyrətmək mümkün deyil. (İmmanuel Kant)
Dahiliyin imitasiyası üçün də istedad lazımdır. (Tur Xander)
Əgər hansı isə ölkədə dahilik də imitasiya oluna bilirsə, deməli, əsl dahilərə doğrudan da yer yoxdur. (Tur Xander)
Əgər kimsə bütləşdirilirsə və göylərə qaldırılırsa, onda digər adamlar arasında fərq itir, çünki yeganə meyar həmin bütə pərəstiş dərəcəsi olur. (İmmanuel Kant)
Elə xalqlar var ki, müdrik adamlarını ancaq dəli qismində yaşada bilir. (Əbu Turxan)
Ən ali hikmət – özünü tanımaqdır. (Qalileo Qaliley)
Ən müdrik adamın da nəyi isə öyrənməyə ehtiyacı var. (Santayana)
Ən nadir mərdlik – fikir mərdliyidir. (Anatol Frans)
Həmişə orijinal olmaq istəyən insan nadir hallarda sağlam bir fikir söyləyə bilir. (Vovenarq)
Həmişə qəhrəman ola bilməzsən, amma həmişə insan olaraq qalmaq olar. (İohann Volfqanq Göte)
Hər bir başçı qəlbinin dərinliyində qürurla yanaşı, həm də bir yetimlik duyğusu yaşayır: hamıya böyüklük etsə də, özü böyüksüz qalır. (Əbu Turxan)
Hər bir uşaq müəyyən mənada dahidir və hər bir dahi müəyyən qədər uşaqdır. (Artur Şopenhauer)
Hər gün yeni bir inci tapmağın yolu öz içindəki hikmət xəzinəsinə baş vurmaqdır. (Əbu Turxan)
Hikmətin açarı kitab səhifələrində deyil. Kim hansı isə bir fikirdən həyatın sirlərinə doğru gedirsə, öz qəlbində onların çeşməsini tapır. (İohann Volfqanq Göte)
İnsan haqqında onun istedadına görə yox, bu istedaddan necə faydalandığına görə mühakimə yürütmək olar. (Rene Dekart)
İnsanlar bəzən öz peşələrində dahi, adi işlərdə isə cahil olurlar. (F.Araqo)
İstedad da, şöhrət də inkişaf üçün hərəkətverici qüvvədir; sadəcə istedad insanı öz istədiyi səmtə aparır, şöhrətin isə hara aparacağı bəlli olmur. (Əbu Turxan)
İstedadlı adam qoyulmuş məsələni hamıdan yaxşı həll edəndir, dahi isə başqalarının heç ağlına da gəlməyən məsələlər qoyur. (Artur Şopenhauer)
İstedadlı adamlar hamısı böyük iş görə bilərlər. Dahilik isə bu işlərin yönəldilməsində üzə çıxır. (Əbu Turxan)