Yaxşı yatmaq üçün YOLLAR:  Minnətdar olacağınız məsləhətlər
18 may 2024 18:35 (UTC +04:00)

Yaxşı yatmaq üçün YOLLAR: Minnətdar olacağınız məsləhətlər

Kifayət qədər yuxunuzu alıb, səhər rahat oyanmaq istəyirsinizsə, bəzi addımları yerinə yetirməlisiniz. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, qadgetlarınızı bir kənara qoyub yatmazdan bir saat əvvəl kitab götürsəniz, yəqin ki, daha yaxşı yatacaqsınız. 

Meditasiya, insanlarla ünsiyyət və ya isti vanna da uğurlu seçim ola bilər. Amma sosial şəbəkələrdən və ya xəbər kanallarından alınan məlumatlar yuxuya mənfi təsir edir, ona görə də yatmağa hazırlaşarkən belə narahatedici məlumatlara məruz qalmamağa çalışın.

Mobil cihazla az yaxınlıq belə heç bir fayda verməyəcək - yatarkən telefonu sizdən ən azı bir metr uzaqlaşdırmağa çalışın. Bundan əlavə, yatmazdan əvvəl gün ərzində başınıza gələn xoşagəlməz hadisələri təkrar-təkrar düşünməyin. Beyninizi neqativlərlə yükləmək əvəzinə, nəfəs məşqləri və ya musiqi ilə başınızı qatın.

Yatmazdan əvvəl edilməməli olanların siyahısına yatmazdan üç saat əvvəl yemək də daxildir - bu, mədəni həddən artıq yükləyir.

Otağı havalandırmağa dəyər - sərin yataq otağında daha rahat yatacaqsınız. Başınızı yastığa qoyduqdan sonra minnətdarlıq bildirin və istəklərinizi təsəvvür edin. Həll olunmamış sualları kağıza yazın, bununla da onları beyninizdən azad edin - bu, gecələr sağlam yatıb səhərlər gümrahlıq hiss etməyin yeganə yoludur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3060
avatar

Fidan İlqar

Oxşar yazılar