Virusa qarşı istifadə olunan alkoqollu maddələr orucu pozur?
15 aprel 2021 13:19 (UTC +04:00)

Virusa qarşı istifadə olunan alkoqollu maddələr orucu pozur?

Pandemiya ilə həyatımızın vazgeçilməz bir hissəsi halına çevrilən dezinfeksiyaedicilərin, odekolonun və digər alkoqol əsaslı antibakterial maddələrin orucu batil edib etməyəcəyi hər kəsi maraqlandıran mövzular sırasındadır.

Koronavirusla mübarizədə ən böyük köməkçimiz olan maskalar və dezinfeksiya maddələri həyatımızın böyük bir hissəsinə çevrilib. Virusdan qorunmaq üçün bir çox insan gün ərzində tez-tez alkoqollu dezinfeksiyaedici və ya odekolon məhsullarından istifadə edir. Ramazanın gəlişi ilə oruc tutanlar bu cür alkoqollu təmizləyici məhsulların orucu batil edib etməyəcəyini düşünürlər.

Dezinfeksiya maddələri orucu pozur?

Lent.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, virusdan qorunmaq üçün istifadə edilən, tərkibində alkoqol maddə olan təmizləyiciləri sərxoşluq verən alkoqolla qarışdırmaq olmaz. Gigiyena məqsədi ilə odekolon və dezinfeksiyaedici maddənin istifadəsi orucu pozmur. Alkoqol, odekolon və digər təmizləmə məqsədilə istehsal olunan maye və alkoqollu maddələrin içilməsi haram olsa da, təmizlənmək üçün istifadə edilməsinə icazə verilir. Bu məhsulların tətbiq olunduğu yerləri namaz qılmadan əvvəl yumaq da lazım deyil.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2637
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar