Sabun yoxsa duş geli:  dəri və gigiyena üçün nə seçmək lazımdır
28 may 2025 16:15 (UTC +04:00)

Sabun yoxsa duş geli: dəri və gigiyena üçün nə seçmək lazımdır

Sabun və duş gelinin tərkibindəki maddələrə diqqət yetirmək vacibdir. Sağlam qalmaq üçün şəxsi gigiyenaya məsuliyyətlə yanaşmaq vacibdir. Bədən təmizliyi üçün adətən duş geli və ya sabundan istifadə olunur. Hər iki vasitənin üstün və çatışmaz cəhətləri var ki, seçərkən nəzərə almaq lazımdır.

Lent.az bu barədə bəzi məlumatları sizə təqdim edir:

Dəri üçün daha yaxşısı nədir — sabun yoxsa duş geli?
Bütün sabun və duş gelinin məqsədi eynidir — dərinin səthindən çirk və yağı təmizləmək. Əsas fərq tərkibindəki maddələrdədir. Tər və çirk bədənin təbii yağları ilə qarışır, bu da dəridə toplanaraq bakteriyaların çoxalmasına səbəb ola bilər. Sabun bu yağlı təbəqəni parçalayır və xəstəlik yaradan bakteriyaları aradan qaldırır. Duş gelləri adətən dərinin təmizlənmə prosesi zamanı itirdiyi nəmlik balansını bərpa etməyə kömək edən maddələr ehtiva edir. Əgər dəriniz quru və tez-tez qabıqlanırsa, nəmləndirici komponentləri olan vasitələrdən istifadə etmək daha yaxşıdır. Məsələn, bu, dərinin qurumasının qarşısını alan duş geli ola bilər. Xroniki dəri xəstəlikləri zamanı düzgün vasitə seçimi üçün dermatoloqla məsləhətləşmək vacibdir. O, diqqət yetirməli məqamları göstərə və konkret məhsulları məsləhət görə bilər. Ölü hüceyrələrin təmizlənməsi üçün xırda hissəciklər olan xüsusi sabun və ya xüsusi duş gelləri istifadə oluna bilər.

Sabunun üstünlükləri arasında ekologiyaya uyğundur olması qeyd olunmalıdır. Onun qablaşdırması təkrar emal oluna bilər və çox vaxt ətraf mühitə zərərli maddələr ehtiva etmir. Bundan əlavə, sabunun saxlanması üçün konservant və paraben lazım deyil, buna görə də allergik reaksiyalar daha az olur. Tez-tez hipoallergen, tamamilə təbii sabunlara rast gəlinir. Bütün bu məqamları nəzərə alaraq, nəyi almaq daha yaxşıdır sabun yoxsa duş geli — qərar vermək lazımdır.

Dəri üçün daha təhlükəsizi nədir — sabun yoxsa duş geli?
Sabun və ya duş gelinin daha yaxşısı barədə dəqiq cavab yoxdur hər şey tərkibindən, dərinin həssaslığından və fərdi seçimlərdən asılıdır. Ona görə də diqqət yetirməli məqamları nəzərdən keçirək.

Qliserin — bitki mənşəli yaxşı təmizləyici maddədir, dərinin nəmlik baryerini qoruyur, dərini yağlardan məhrum etmir. Həmçinin, xırdalanmış ərik çəyirdəkləri, yulaf və digər maddələr faydalıdır, çünki onlar ölü dərini təbii yolla təmizləməyə kömək edir. Eyni zamanda, sabunun tərkibində güclü antibakterial maddələrdən çəkinmək lazımdır. Məsələn, etiketdə triklozan maddəsinin olub-olmadığını yoxlamaq vacibdir. O, güclü antibakterial maddədir, lakin ABŞ FDA tərəfindən 2016-cı ildə digər 18 maddə ilə birlikdə qadağan olunub. Zərərli sayılanlar arasında parabenlər də var. Bu kimyəvi konservantlar kosmetik məhsulların saxlama müddətini uzatmaq üçün nəzərdə tutulub, lakin bəzi xəstəliklər və endokrin sisteminin pozğunluğu ilə əlaqələndirilə bilər. Buna görə də onlardan uzaq durmaq daha yaxşıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1336

Oxşar yazılar