Qara rəngli  payız qarpızı   - İLK DƏFƏ
04 dekabr 2023 19:20 (UTC +04:00)

Qara rəngli payız qarpızı - İLK DƏFƏ

Türkiyədə ilk dəfə qara rəngli payız qarpızı yetişib.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, İqdırın mərkəzindəki Oba kəndində yaşayan Alican Açkan payız mövsümündə əkdiyi qara qarpızın məhsulunu yığıb.

Fermer digər qarpızların yığımı  zamanı uzun müddət yetişən bu qara qarpızlara xüsusi qulluq edib. 

O, bildirib ki, bu qarpızın özəlliyi qara rəngdə olmasıdır:

“Atamdan, babamdan miras qalan qarpızdır. İddia edirəm ki, hazırda tarlalarda bu cür qarpız yoxdur. Bu qarpızı marketlərə, hamilə qadınlara veririk”. 

# 4257
avatar

Arzu Qurbanlı

Oxşar yazılar