Gəncədə iki nəfər  qidadan zəhərləndi
20 iyun 2025 23:59 (UTC +04:00)

Gəncədə iki nəfər qidadan zəhərləndi

Gəncə şəhərində zəhərlənmə hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

1981-ci il təvəllüdlü Zaur Cəfərov və 1990-cı il təvəllüdlü Qədir Kazımov qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Onlara dərhal tibbi yardım göstərilib. Hazırda hər iki şəxsin vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, zəhərlənməyə qəbul etdikləri qida səbəb olub. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 322

Oxşar yazılar