Sabah Bakının bu rayonunda qaz kəsiləcək
20 iyun 2025 19:18 (UTC +04:00)

Sabah Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonu, Azadlıq prospekti ilə Nəsibbəy Yusifbəyli küçələrinin kəsişməsinde yeraltı orta təzyiqli qaz kəmərindən ayrılan qaz xəttində sızmanın aradan qaldırılması məqsədi ilə iyunun 21-də saat 10:00-dan qaz təchizatı dayandırılacaq.

Bu barədə Lent.az-a "Azəriqaz"dan bildirilib.

Qeyd olunub ki, qaz təchizatı dayandırılan müddətdə Nəsibbəy Yusifbəyli, Mirəli Qaşqay, Salatın Əsgərova, Şamil Əzizbəyov, İzzət Həmidov, Plotnikov, Kaveroçkin, Dağıstan, Ənvər Qasımzadə, Eldar Tağızadə küçələrinin, Azadlıq və Vaqif prospektlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 442

Oxşar yazılar