Avropada sosial şəbəkələri yeniyetmələrə  qadağan edən ilk ölkə
14 noyabr 2025 12:27 (UTC +04:00)

Avropada sosial şəbəkələri yeniyetmələrə qadağan edən ilk ölkə

0

Danimarka 15 yaşadək uşaqlara sosial şəbəkələrdən istifadəni qadağan etməyə hazırlaşır və bununla da bu addımı atan ilk Avropa ölkəsi olacaq.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni qaydaya əsasən, 13 yaşdan yuxarı uşaqlar yalnız valideyn razılığı ilə sosial şəbəkələrdən istifadə edə biləcəklər.

Qadağanın məqsədi

Danimarka hökumətinin bəyanatında deyilir ki, bu addım “böyük texnoloji platformaların uşaqların həyatına və məkanına uzun müddətdir nəzarətsiz müdaxiləsinə qarşı atılmış zəruri addımdır". Hazırda bir çox texnoloji şirkət öz xidmətlərində yaş məhdudiyyətləri tətbiq edir, lakin yeniyetmələr bu məhdudiyyətləri asanlıqla keçdiyindən onların effektivliyi çox aşağı qiymətləndirilir.

Hansı platformalara şamil ediləcək?

Hazırda hansı sosial şəbəkələrin qadağaya düşəcəyi və bu qaydanın necə nəzarət olunacağı açıqlanmayıb. Monitorinq məlumatlarına görə, Danimarkadakı uşaqlar arasında ən populyar platformalar TikTok, Instagram və YouTube-dur.

Danimarka bu təşəbbüslə Avstraliyanın nümunəsini izləyir. Orada artıq dekabr ayında 16 yaşdan kiçik şəxslərin sosial şəbəkələrdə qeydiyyatı qanunla qadağan olunacaq. Qanunu pozan şirkətlər TikTok, Facebook, Snapchat, Reddit, X (Twitter) və Instagram 50 milyon avstraliya dollarına qədər (təxminən 1 milyard qriqna) cərimə edilə bilərlər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 252

Oxşar yazılar