İranın şimalında 5,1 bal gücündə zəlzələ qeydə alınıb.
Lent.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri təxminən 124 min nəfər əhalisi olan Semnan şəhərindən 36 kilometr şimal-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə olub.
Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.