Messi Ronaldo haqqında: “Biz dost deyilik,  amma bir-birimizə hörmət edirik”
20 iyun 2025 18:03 (UTC +04:00)

Messi Ronaldo haqqında: “Biz dost deyilik, amma bir-birimizə hörmət edirik”

"İnter Mayami"nin lideri Lionel Messi "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo ilə rəqabətindən danışıb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, argentinalı futbolçu əzəli rəqibinə böyük hörmət bəslədiyini vurğulayıb.

"Mən Kriştiano Ronaldoya, onun yaratdığı və etməyə davam etdiyi karyerasına böyük hörmət və ehtiram bəsləyirəm. O, hələ də ən yüksək səviyyədə yarışır.

Onunla rəqabət meydanda idi... Hər birimiz komandamız üçün mümkün olan hər şeyi etmək istəyirdik.

Meydandan kənarda biz iki normal insanıq. Birlikdə vaxt keçirmədiyimiz üçün dost deyilik, amma hər zaman bir-birimizə böyük hörmətlə yanaşmışıq”, - Messi qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 334

Oxşar yazılar