Hande Erçel və Barış Arduçun  ehtirasılı səhnələri   gündəm oldu
20 iyun 2025 19:59 (UTC +04:00)

Hande Erçel və Barış Arduçun ehtirasılı səhnələri gündəm oldu

Keçən il "Rüzgara Bırak" filmindəki güclü enerjiləri ilə böyük rəğbət qazanan Hande Erçel və Barış Arduç bu dəfə tamaşaçının qarşısına romantik bir hekayə ilə çıxıb.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, baş rollarını paylaşdıqları yeni serial "Aşkı Hatırla" yayımlandığı ilk andan böyük əks-səda doğurub.

Romantik dram janrında olan bu layihə yalnız ssenarisi ilə deyil, həm də iki uğurlu aktyorun canlandırdığı real və dərin kimya ilə adından söz etdirir. Erçel və Arduçun yenidən bir araya gəlməsi həm tamaşaçının, həm də sektor təhlilçilərinin diqqətini çəkib.

Hande Erçel ve Barış Arduç yine çok konuşuluyor! Ateşli sahneler olay oldu!

Səkkiz bölüm olaraq planlaşdırılan serialın çəkilişləri Kapadokyanın nağılvari ab-havasında başlayıb, İstanbulda tamamlanıb. Həm bölgə romantizmini, həm də böyük şəhər xaosunu bir araya gətirən bu layihə, hekayəsinin sadə gücü ilə seçilərkən, vizual dili ilə də izləyicini özünə çəkir.

Hande Erçel ve Barış Arduç yine çok konuşuluyor! Ateşli sahneler olay oldu!

Serialda yer alan bəzi səhnələr isə çox qısa zamanda sosial mediada böyük əks-səda doğurub. Xüsusilə Erçel və Arduçun birlikdə olduqları ehtiraslı səhnələr həm pərəstişkarların, həm də maqazin səhifələrinin diqqətindən yayınmayıb. Onların səmimi aktyorluqları və baxışlarındakı emosional bağ "bu sadəcə bir səhnə deyil" şərhlərini də özü ilə gətirib.

Hande Erçel ve Barış Arduç yine çok konuşuluyor! Ateşli sahneler olay oldu!

Emosional yüklənmənin zirvəyə çatdığı anlar, iki aktyorun şəxsi həyatına dair ehtimalları və şayiələri də alovlandırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 564

Oxşar yazılar