Nikol Kidman  58 yaşında   - Aktrisanın  ən maraqlı   filmləri -  VİDEO
20 iyun 2025 19:07 (UTC +04:00)

Nikol Kidman 58 yaşında - Aktrisanın ən maraqlı filmləri - VİDEO

Məşhur avstraliyalı-amerikalı aktrisa, prodüser və Hollivudun ən yüksək qonorar alan ulduzlarından biri olan Nikol Kidman bu gün doğum gününü qeyd edir. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bu gün onun 58 yaşı  tamam olur.

Hələ uşaqlıqdan Nikol yaradıcılığa meylli olub. Dörd yaşından baletlə məşğul olub, Avstraliya Gənclər Teatrında çıxış edib və mahnı oxuyub. Artıq yeniyetmə yaşlarından televiziyada və filmlərdə çəkilməyə başlayıb. Onun ilk kino işlərindən bəziləri "Velosipedli quldurlar" və "Buşun Miladı" filmləridir. Lakin aktrisanın karyerasında həqiqətən dönüş nöqtəsi "Mulen Ruj" adlı musiqili film və ona "Oskar" qazandıran "Saatlar" filmi olub.

Nikol Kidman aktyor istedadına görə bir çox nüfuzlu mükafatlara layiq görülüb. O, beşqat "Qızıl qlobus", ikiqat "Emmi" mükafatı laureatı, həmçinin Venesiya Beynəlxalq Film Festivalında ən yaxşı qadın rolu üçün Volpi kubokunun sahibi və daha bir çox mükafatın qalibidir.

Son illərdə Kidman aktyorluq bacarığının yalnız daha da inkişaf etdiyini sübut edir. Xüsusilə "Yaxşı pis qız", "Holland", "Möhtəşəm cütlük", "Ekspatlar" və "Doqquz mükəmməl yad adam" kimi yeni filmlər və seriallarda baş rollarda çıxış edərək həm tənqidçilərdən, həm də tamaşaçılardan yüksək qiymət alıb.

Bu filməri izləməyə dəyər:

"Mulen Ruj"

"Saatlar"

"Digərləri"

"Dovşan yuvası"

"Sensasiyalar"

"Monako şahzadəsi"

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 366

Oxşar yazılar