Ölü kimi meyit torbasına QOYULDU: 5 saat sonra...
07 dekabr 2022 19:37 (UTC +04:00)

Ölü kimi meyit torbasına QOYULDU: 5 saat sonra...

Braziliya sakini səhvən meyitxanaya ölü kimi göndərilib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, həkimlər noyabrın 29-da 62 yaşlı Xose Ribeyro da Silvanın öldüyünü açıqlayıblar.

Kişinin ölüm səbəbi ağız xərçənginin ağırlaşması kimi göstərilib. Ölümü ilə bağlı axşam saat 8 radələrində ailəsi məlumatlandırılıb və mərhumun cəsədi təhvil verilib.

Da Silva meyit çantasına yığılaraq xəstəxanadan 100 kilometr aralıda yerləşən dəfn evinə göndərilib. Ertəsi gün saat birdə büro işçisi çantanı açıb və adamın sağ olduğunu görüb:

Ölmüş hesab edilən kişinin gözləri açıq idi, çətinliklə də olsa nəfəs alırdı. Hadisə yerinə təcili yardım çağırılıb və Silvanı yenidən xəstəxanaya çatdırıblar. Həyatda olan kişi həkimlərin səhvi ucbatından meyit torbasında meyitxanaya göndərilib və cəmi 5 saat sonra həmin şəxsin ölmədiyi məlum olub. 

“Bu inanılmazdır. Qardaşım beş saatı plastik torbada keçirdi”, –  kişinin bacısı Aparecida bildirib. O, vəziyyəti “tamamilə qəbuledilməz” adlandırıb və polisə ərizə yazıb.

Sonradan məlum olub ki, Da Silvanın həkimlərindən biri onun çətinliklə nəfəs aldığını görüb və öldüyünü elan edib. Əslində, bütün bu müddət ərzində kişi boğazına daxil edilmiş traxeostomiya borusu ilə nəfəs alıb.

# 2739
avatar

Fidan İlqar

Oxşar yazılar